Dünya
Çavuşoğlu ABŞ-də səfərdədir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-də rəsmi səfərdədir.
Aktualinfo.az xəbər verir ki, bu barədə məlumatı Çavuşoğlu öz rəsmi tviter hesabında paylaşıb.
Onun sözlərinə görə, ABŞ-də Türkiyə – ABŞ Strateji Mexanizm Nazirlər Şurasının ikinci iclasında iştirak edəcək.
Çavuşoğlu, həmçinin Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenlə ikitərəfli görüş keçirəcək.