
9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlət müstəqilliyini və tarixi yaddaşını özündə birləşdirən mühüm dövlət bayramıdır. Üçrəngli bayrağımız xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik ənənələrinin parlaq təcəssümüdür.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş Dövlət Bayrağımız bu gün müstəqil dövlətimizin əsas rəmzlərindən biri kimi xüsusi məna daşıyır. Bayrağımızın hər üç rəngi Azərbaycanın milli kimliyini, müasir inkişaf yolunu və mənəvi dəyərlərini ifadə edir.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasəti nəticəsində üçrəngli bayrağımız yenidən dövlətçilik rəmzi kimi ucaldılmış, müasir Azərbaycan tarixində öz layiqli yerini tutmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpası Dövlət Bayrağımızın əhəmiyyətini daha da artırmışdır. Bu gün üçrəngli bayrağımızın Qarabağda və Şərqi Zəngəzurda dalğalanması xalqımızın birliyinin, qətiyyətinin və tarixi ədalətin təntənəsidir.
Dövlət Bayrağı Günü yalnız tarixi hadisənin qeyd olunması deyil, həm də gələcək nəsillərə milli dəyərlərin, vətənpərvərlik ruhunun və dövlətə sədaqət hissinin aşılanması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın üçrəngli bayrağı hər zaman müstəqilliyimizin, suverenliyimizin və milli qürurumuzun rəmzi olaraq yüksəklərdə dalğalanacaqdır!
İsgəndər Yusifli,
YAP Yasamal rayon təşkilatının fəal gənci



