
Ağdam adı Azərbaycan tarixində özünəməxsus yeri və mənəvi çəkisi olanadlardandır. Qarabağın qədim yaşayış məskənlərindən biri olan bu şəhər əsrlərboyu özünün zəngin mədəniyyəti, tarixi abidələri, gözəl təbiəti və qonaqpərvərinsanları ilə tanınıb. Ağdamın hər qarışı xalqımızın keçmişindən xəbər verir, onunküçələri, məscidləri, tarixi tikililəri və yaşıl bağları bütöv bir elin həyat hekayəsiniyaşadır. Bu şəhər doğma yurdun insan qəlbində necə müqəddəs bir mənadaşıdığının parlaq nümunəsidir.
Ağdamın işğal dövründə yaşadığı faciələr Azərbaycan xalqının yaddaşındasilinməz iz qoymuşdur. Vaxtilə həyatın qaynadığı, insanların sevinc və ümidləyaşadığı şəhər uzun illər ərzində dağıntılara məruz qalmış, tarixi-mədəni irsinəciddi ziyan dəymişdir. Lakin Ağdamın ruhunu, onun sakinlərinin doğma torpağabağlılığını heç bir qüvvə məhv edə bilmədi. Hər bir ağdamlının qəlbində bir gündoğma evinə dönmək arzusu yaşayırdı. 2020-ci il noyabrın 20-də bu arzu reallığaçevrildi və Ağdam şəhəri Azərbaycan Respublikasının nəzarətinə qaytarıldı.
Bu tarixi hadisə Azərbaycanın siyasi və hərbi gücünün, diplomatik qətiyyətinin vəmilli birliyinin mühüm nəticəsi idi. Ağdamın azad olunması yalnız ərazibütövlüyümüzün bərpası baxımından deyil, həm də tarixi ədalətin təntənəsi kimiböyük əhəmiyyət daşıyır. Bu gün şəhərdə həyata keçirilən bərpa tədbirləri, infrastruktur layihələri və genişmiqyaslı abadlıq işləri Ağdamın yeni həyatınınəsasını qoyur. Müasir yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, yollarvə ictimai məkanlar şəhərin gələcək inkişafına xidmət edir.
Ağdam Şəhəri Günü bizə keçmişimizi unutmamağı, şəhidlərimizin müqəddəsxatirəsini daim uca tutmağı və əldə etdiyimiz Zəfərin qədrini bilməyi aşılayır. Bugün Ağdamın yenidən qurulması hər bir azərbaycanlının sevincinə çevrilmişdir. Doğma torpaqlarında yeni həyat quran sakinlərin sevinci, uşaqların yenidənAğdam küçələrində böyüməsi, şəhərin səsinə səs qatılması böyük tarixinailiyyətdir. Əminik ki, Ağdam gələcək nəsillərə qüdrətli Azərbaycanın inkişaf vətərəqqi rəmzi kimi miras qalacaqdır.
Nigar Əliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı



