AnalitikaGündəmSiyasət

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbə

Hər bir şəhərin özünəməxsus taleyi, yaddaşı və insanlarının qəlbində yaşatdığıxüsusi bir dünyası vardır. Ağdam da Azərbaycan xalqının yaddaşında dərin izsalmış, tarixi və mənəvi dəyərləri ilə seçilən qədim şəhərlərimizdəndir. Bu şəhərinadı çəkiləndə Qarabağın füsunkar təbiəti, zəhmətkeş insanları, zəngin mədənihəyatı və doğma torpağa sonsuz bağlılığı yada düşür. Ağdamın tarixi yalnız onunkeçmişindən deyil, həm də xalqımızın mübarizə əzmini, dözümlülüyünü vəgələcəyə inamını əks etdirir.

İşğal illəri Ağdam üçün ağır sınaq dövrü oldu. Şəhərin yaşayış evləri, tarixiabidələri və mədəniyyət ocaqları dağıdıldı, bir vaxtlar həyatla dolu olan küçələrsəssizliyə qərq edildi. Lakin bu dağıntılar xalqımızın yaddaşında Ağdamın yerinidəyişə bilmədi. Doğma yurdlarından didərgin düşmüş sakinlər öz şəhərlərinəqayıtmaq ümidini qoruyub saxladılar. Həmin illərdə Ağdam adı həm nisgilin, həmdə ədalətin bərpa olunacağına olan inamın ifadəsinə çevrildi. Nəhayət, 2020-ci ilnoyabrın 20-də bu inam öz tarixi bəhrəsini verdi.

Ağdamın azad edilməsi Azərbaycanın Vətən müharibəsində qazandığı tarixiQələbənin mühüm nəticələrindən biri oldu. Dövlətimizin başçısının qətiyyətlimövqeyi, Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyinəticəsində tarixi torpaqlarımız üzərində suverenliyimiz bərpa edildi. Bu günAğdamda aparılan yenidənqurma işləri şəhərin gələcəyinə hesablanmış böyükdövlət proqramının tərkib hissəsidir. Şəhər müasir memarlıq üslubunda yenidənqurulur, yeni yollar salınır, yaşayış və sosial infrastruktur yaradılır. Bütün bunlarAğdamın yenidən regionun mühüm mərkəzlərindən birinə çevriləcəyindən xəbərverir.

20 Noyabr tarixi hər birimizə Vətənə bağlılığın, milli iradənin və dövlətçilikdüşüncəsinin əhəmiyyətini xatırladır. Ağdamın dirçəlişi xalqımızın qələbə ruhunundavamıdır. Bu gün şəhərin hər bir yenilənən küçəsində, hər bir ucaldılan binasındaAzərbaycan xalqının əzmi və quruculuq iradəsi görünür. Ağdamın sabahı dahaparlaq, daha müasir və daha firavan olacaqdır. Bu əziz gündə bütün ağdamlıları vəAzərbaycan xalqını təbrik edir, şəhərimizin daim inkişaf və tərəqqi içindəyaşamasını arzulayırıq.

Elvin Həsənov,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button