Yasamal rayonunda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 8 Noyabr – Zəfər Günü münasibətilə Yasamal rayonunda ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayon Məmzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov, Yasamal Rayon İcra Hakimiyyəti, YAP Yasamal rayon təşkilatı, Yasamal bələdiyyəsi, Yasamal rayon Məmzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları və Partiya fəalları iştirak edib. Aksiya çərçivəsində ərazidə yeni ağac tingləri əkilib, yaşıllıq sahələrinin genişləndirilməsi və ətraf mühitin mühafizəsi istiqamətində müvafiq işlər görülüb. Zəfər Gününə həsr olunan bu cür aksiyalar həm ətraf mühitin qorunmasına, həm də Vətənə, torpağa və milli dəyərlərə bağlılığın ifadəsinə xidmət edir. Aksiya iştirakçıları ağacəkmə işlərinin davamlılığının təmin edilməsinin və yaşıllıqların qorunmasının vacibliyini vurğulayıblar.



