
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıarasında münasibətlər uzun illərdir ki, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. İki ölkə arasında siyasi, iqtisadi, enerji, təhsil və digər sahələrdə qurulmuş əlaqələr beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir.
2026-cı il noyabrın 12-də Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Bu sənəd iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi və yeni istiqamətlər üzrə əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bəyannamədə siyasi dialoqun davam etdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Tərəflər beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsinin davam etdirilməsinə də önəm verirlər.
İqtisadi əməkdaşlıq sənədin mühüm istiqamətlərindən biridir. Ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, sənaye və infrastruktur layihələrinin həyata keçirilməsi hər iki ölkə üçün yeni imkanlar yaradır. Xüsusilə enerji sahəsində əməkdaşlıq Azərbaycan ilə Böyük Britaniya münasibətlərində mühüm yer tutur. Bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerji layihələri və enerji təhlükəsizliyi üzrə birgə fəaliyyət gələcək əməkdaşlığın vacib istiqamətlərindəndir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu ölkəmizi regionun mühüm tranzit mərkəzlərindən birinə çevirir. Bu baxımdan Orta Dəhlizin inkişafı və nəqliyyat əlaqələrinin genişləndirilməsi iki ölkə arasında əməkdaşlıq üçün yeni perspektivlər açır.
Bəyannamədə təhsil, elm, innovasiya və rəqəmsal inkişaf məsələlərinə də diqqət yetirilir. Universitetlər arasında əlaqələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat sahəsində əməkdaşlıq, müasir texnologiyaların tətbiqi və süni intellekt üzrə təcrübə mübadiləsi gələcək inkişaf üçün mühüm əhəmiyyət daşıyır.
Sənədin əhəmiyyətli tərəflərindən biri də iki ölkə arasında əməkdaşlığın davamlılığının təmin edilməsidir. Bu məqsədlə Strateji Tərəfdaşlıq çərçivəsində mütəmadi görüşlərin keçirilməsi və əldə olunmuş razılaşmaların icrasının müzakirəsi nəzərdə tutulur.
Ümumilikdə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanlarının yaradılması və qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətin genişləndirilməsi baxımından mühüm sənəddir. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına və ölkəmizin müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının artırılmasına xidmət edir
Nərmin Azadova,
“H.B.Zərdabi küç.96″ (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ictimai Səhiyyə vəIslahatlar Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini



