AnalitikaGündəmSiyasət

Beynəlxalq əməkdaşlığın yeni səhifəsi

Azərbaycan beynəlxalq sferada öz nüfuzunu layiqincə təsdiq edərək, xarici dövlətlərlə əməkdaşlıq və dostluq əlaqələrini daha da genişləndirməkdədir. Məhz Azərbaycan və Böyük Britaniya arasındakı 32 illik diplomatik təməlin yeni mərhələsi olan növbəti bəyannamə buna bariz nümunədir. Belə ki, Azərbaycan və Böyük Britaniya arasında dostluq və əməkdaşlıq haqqında 23 fevral 1994-cü il və 21 iyul 1998-ci il tarixli birgə bəyannəmələr mövcuddur. Bu yeni sənəd iki ölkə arasındakı tarixi münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Ölkəbaşçımız 12 noyabr 2026-cı ildə Azərbaycan da daxil olmaqla, 50 ölkənin liderinin iştirakı ilə Dublində baş tutmuş Avropa Siyasi Birliyinin (EPC) doqquzuncu sammitində Böyük Britaniyanın Azərbaycanın ən böyük Avropa investoru olduğunu vurğulamışdır. Bəyyannamədə Orta Dəhlizin inkişafı məsələsi də xüsusi qeyd olunmuşdur. Orta Dəhliz mühüm nəqliyyat və logistika qovşağı kimi Şərqlə Qərb arasında Azərbaycanın mövqeyinin gücləndirilməsi baxımından əsas rol oynayır.

Tərəflər əsas bu üç istiqaməti prioritet götürmüşdür: 1. müdafiə və təhlükəsizlik, 2. ticarət, investisiya və artım, 3. təhsil və innovasiya.  Bəyannamə 12 noyabr 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanmışdır. Görüş zamanı süni intellekt, rəqəmsal idarəetmə, innovasiya və müasir texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi, hərbi kadrların hazırlanması, təlimlər, universitetlər, elmi-tədqiqat müəssisələri və sənaye arasında əməkdaşlıq, peşə təhsili, rəqəmsal bacarıqlar və elmi təcrübə mübadiləsi də nəzərdə tutulmuşdur. Ölkələrimiz hər il görüşərək Bəyannamənin icrasını nəzərdən keçirmək, yeni prioritetlər müəyyənləşdirmək və görüləcək işlər barədə fikir mübadiləsi aparmaq üçün razılığa gəlmişlər.

Bu yeni bəyannamə iki ölkə arasında uzun illər ərzində formalaşan dostluq və əməkdaşlığın yeni uğurlu mərhələyə yüksələcəyini bütün dünyaya nümayiş etdirəcək.

Sonda onu qeyd edim ki, bu bəyannamə ölkələriniz arasında çox mühüm sənəddir. Azərbaycan beynəlxalq əməkdaşlıqda etibarlı bir tərəfdaş olaraq, hər zamankı kimi, xarici diplomatik əlaqələrində öz qarşılıqlı etimadını, ortaq maraqlarını, birgə uğurlu fəaliyyətini və böyük nüfuza sahib olduğunu bir daha göstərəcək.

 

Əliəskərova Nuray,
YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya  İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button