
Nəqliyyat və logistika infrastrukturu Azərbaycan ilə Özbəkistan arasındakı iqtisadi əlaqələrin onurğa sütununu təşkil edir. Özbəkistanda nəqliyyat məsələlərinin operativ və səmərəli şəkildə həll olunması ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artırmışdır. Transqafqaz və Mərkəzi Asiya nəqliyyat dəhlizlərinin birləşməsi qlobal miqyasda böyük əhəmiyyət kəsb edir.
Prezidentlərin görüşlərində nəqliyyat sahəsində mövcud layihələrin genişləndirilməsi və yeni marşrutların açılması müzakirə olunur. Yükdaşımaların həcminin artması və prosedurların sadələşdirilməsi ticarət əlaqələrinin inkişafını sürətləndirir. Bu sahədə əldə olunan uğurlar hər iki ölkənin tranzit imkanlarını maksimum səviyyəyə çatdırır.
Mərkəzi Asiya regionu ilə Azərbaycanın nəqliyyat şəbəkələrinin inteqrasiyası vahid geoiqtisadi məkanın yaranmasını təmin edir. Bu inteqrasiya Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin səmərəliliyini artırır. Özbəkistan mallarının dünya bazarlarına çıxarılmasında Azərbaycan ərazisindən keçən marşrutlar mühüm rol oynayır.
Nəqliyyat infrastrukturasına yatırılan investisiyalar uzunmüddətli iqtisadi dividentlər qazandırır. Azərbaycan və Özbəkistan hökumətləri bu sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə səylər göstərirlər. Nəqliyyat sahəsindəki bu uğurlu tərəfdaşlıq regionun gələcək tərəqqisinin təminatçısıdır.
Ceyhun Qafarov,
YAP Nizami rayon təşkilatının “Elşən Süleymanov küçəsi, 25/14” ərazi partiya təşkilatının sədr müavini



