Gündəm

Yeni Azərbaycan Partiyası və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi

Dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasında və şəffaflığın təmin edilməsində ictimai nəzarət institutlarının mühüm rolu vardır. Yeni Azərbaycan Partiyasının proqram sənədlərində vətəndaşların müraciətlərinə həssas yanaşılması və dövlət orqanlarının fəaliyyətində hesabatlılığın gücləndirilməsi əsas prinsiplərdən biri kimi yer alır. Partiyanın yerli təşkilatları cəmiyyətlə dövlət qurumları arasında səmərəli əlaqələndirici funksiyanı yerinə yetirir.

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə keçirilən səyyar qəbullar, açıq görüşlər və ictimai dinləmələr yerlərdə mövcud olan məsələlərin operativ öyrənilməsinə imkan yaradır. Partiya fəalları və deputatlar seçicilərlə mütəmadi ünsiyyətdə olaraq irəli sürülən təkliflərin aidiyyəti icra strukturlarına çatdırılmasını təmin edirlər. Bu yanaşma problemlərin həlli prosesini sürətləndirir və idarəetməyə etimadı möhkəmləndirir.

İctimai nəzarətin gücləndirilməsi həm də korrupsiyaya və bürokratik əngəllərə qarşı mübarizənin tərkib hissəsidir. Elektron xidmətlərin genişləndirilməsi və “ASAN xidmət” kimi innovativ idarəetmə modellərinin tətbiqi vətəndaşların vaxt itkisinin qarşısını almaqla yanaşı, xidmət mədəniyyətini yüksəltmişdir. Yeni Azərbaycan Partiyası bu islahatların cəmiyyətdə düzgün təbliğinə dəstək verir.

Otuz dörd illik fəaliyyət dövründə vətəndaş amilinin ön plana çəkilməsi partiyanın sosial dayağını daha da gücləndirmişdir. Partiya gələcəkdə də ictimai iştirakçılığın genişləndirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində səylərini davam etdirəcəkdir. Vətəndaşa xidmət dövlət siyasətinin əsas məqsədidir.

Gülsüm Hacıyeva,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 159” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button