
Azərbaycan və Böyük Britaniya arasında diplomatik münasibətlərin əsası 11 mart 1992-ci il tarixində qoyulmuş, 1992-ci ilin sentyabrında Bakıda Britaniya səfirliyi, 1994-cü ilin yanvarında isə Londonda Azərbaycan səfirliyi fəaliyyətə başlamışdır. Ötən 34 ildən artıq dövr ərzində əməkdaşlığın əsas sütununu iqtisadi-enerji tərəfdaşlığı təşkil etmişdir. 20 sentyabr 1994-cü il tarixində imzalanmış “Əsrin müqaviləsi” ilə başlayan bu yol nəticəsində Böyük Britaniya bu günə qədər Azərbaycan iqtisadiyyatına 39 milyard ABŞ dollarından çox investisiya yatırmaqla ölkəmizin ən böyük xarici sərmayədarı mövqeyini qoruyur.
Yüksək səviyyəli siyasi dialoq və Prezident görüşlərinə nəzər salsaq, iki ölkə arasındakı münasibətlərin dərinləşməsindədövlət başçılarının intensiv görüşləri həlledici rol oynamışdır. Ümummilli Lider Heydər Əliyevin 1994 və 1998-ci illərdə Böyük Britaniyaya rəsmi səfərləri ilə formalaşan strateji xətt Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyaya dəfələrlə səfər etmiş ,eləcə də 2024-cü ilin iyul ayında Oksfordda keçirilən “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı və 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 çərçivəsində Britaniyanın Baş naziri ilə yüksək səviyyəli görüşlər keçirərək yaşıl enerji keçidi və iqlim maliyyəsi məsələlərini müzakirə etmişdir. Bu intensiv siyasi dialoqun məntiqi yekunu olaraq, 12 noyabr 2026-cı il tarixində Dublin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri ənənəvi enerji sektorundan çıxararaq elm, texnologiya və innovasiyamüstəvisinə yüksəltmişdir.
İnstitusional əməkdaşlıq və sənaye inteqrasiyası istiqamətində Bəyannamədə tədqiqat institutları ilə sənaye sektoru arasında tərəfdaşlığın təşviq edilməsi elmi nəticələrin kommersiyalaşdırılması və real iqtisadiyyata tətbiqi baxımından mühüm mərhələ hesab olunur. Akademik qurumların qlobal elmi şəbəkələrə inteqrasiyası və birgə texnoloji layihələrin işlənib hazırlanması üçün möhkəm hüquqi-siyasi zəmin formalaşır.
İnstitutumuzun prioritet fəaliyyət istiqamətlərindən yanaşsaq, qlobal iqlim çağırışları və COP29-dan sonra formalaşmış yeni ekoloji gündəlik fonunda Böyük Britaniyanın qabaqcıl tədqiqat mərkəzləri ilə yaşıl kimya, tullantısız texnologiyalar və karbon dioksidin səmərəli utilizasiyası istiqamətində birgə tədqiqatların aparılması böyük perspektivlər açır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun apardığı fundamental və tətbiqi xarakterli elmi işlərin Bəyannamənin texnoloji əməkdaşlıq hədəfləri ilə uyğunlaşdırılması yerli elmi potensialın beynəlxalq səviyyədə tanınmasına və sənaye tətbiqlərinin genişlənməsinə xidmət edir. Bəyannamədə nəzərdə tutulan peşəkar şəbəkələr prinsipi çərçivəsində gənc kimyaçı alimlərin, doktorant və mütəxəssislərin Britaniyanın aparıcı universitetləri və elmi mərkəzləri ilə təcrübə mübadiləsi aparması, eləcə də birgə əməkdaşlıq proqramlarının təşkili intellektual potensialın gücləndirilməsinə geniş imkanlar yaradır.
Sənəddə illik Strateji Tərəfdaşlıq görüşlərinin təsbit olunması Bəyannamənin hər üç istiqaməti üzrə gedişatın sistemli şəkildə izlənilməsinə, prioritetlərin vaxtında müəyyənləşdirilməsinə və praktiki nəticələrin əldə edilməsinəşərait yaradır
Sevinc Həsənova,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kimya İnstitutu PHŞ. Strateji inkişaf,qiymətləndirmə və monitorinq sektor müdiri. YAP Yasamal rayon Ərazi Partiya Təşkilatının sədri



