GündəmSosial

Azərsun Holdinqdə Zəfər Günü münasibətilə tədbir keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Azərsun Holdinqdə şəhid ailələrinin üzvlərinin, qazilərin, dövlət və ictimaiyyət nümayəndələrinin, eləcə də şirkət əməkdaşlarının iştirakı ilə tədbir təşkil olunub.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdə Azərsun Holdinqin Baş direktorunun müavini Nazim Quliyev, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov və digərləri çıxış ediblər.

Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan möhtəşəm Qələbədən, xalqımızın milli birliyindən və həmrəyliyindən bəhs olunub.

Natiqlər Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısının əhəmiyyətini vurğulayıb, onların fədakarlıqlarının heç zaman unudulmayacağını bildiriblər.

Tədbirin bədii hissəsində Şuşa Dövlət Musiqili Dram Teatrı tərəfindən hazırlanmış tamaşa nümayiş olunub. Səhnə əsəri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Oxşar Xəbərlər

Back to top button